Kimsə üzümüzə şillə vurmaq istəyəndə... - Ərdoğan

Kimsə üzümüzə şillə vurmaq istəyəndə... - Ərdoğan backend

Seçki qutusunun nəticələri ilə millətimizin bizə çatdırdığı gözləntilərin, xüsusilə dəyişiklik və yenilənmə tələbinin fərqindəyik. Zamanı gələndə istəyinizlə bağlı tədbir görəcəyik.

QAZÌLER.AZ  Axar.az-a istinaden xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 31-də keçirilmiş bələdiyyə seçkilərində AKP-nin məğlub olmasını şərh edərkən vətəndaşlara müraciətində deyib.

"Siyasət ölkə və millət uğrunda gedən sərt mübarizənin adıdır. Lüğətimizdə siyasətin yalnız bir məqsədi var. Bu da millətə xidmətdir. Kimsə üzümüzə şillə vurmaq istəyəndə o biri üzümüzü çevirmədik, cavab verdik. Biz heç vaxt ədəbdən güzəştə getməmişik, amma kobudluğu da cavabsız qoymamışıq.

Bir müddət bu ölkədə həyata keçirilən yanlış siyasət nəticəsində kürdlər marjinal vəziyyətə düşdü. Hamısı ilə biz qucaqlaşdıq", - Ərdoğan qeyd edib.

Diaspora