İrəvanda polislə etirazçılar arasında qarşıdurma yaşanıb, saxlanılanlar var - VİDEO

İrəvanda polislə etirazçılar arasında qarşıdurma yaşanıb, saxlanılanlar var - VİDEO backend

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) binası yaxınlığında etirazçılarla polis arasında toqquşmalar başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.

Məlumata görə, polis etirazçıları saxlayır və xəbərdarlıq olaraq binanı bağlayan bəzi təhlükəsizlik qüvvələri qalxanları döyəcləyir.

“Vətən uğrunda Tavuş” hərəkatının üzvləri bundan əvvəl xarici işlər naziri Ararat Mirzoyanla görüş tələb ediblər. XİN-dən bildiriblər ki, hazırda onları qəbul edə bilmirlər.

Qaziler.az news.am-a istinadən videogörüntüləri təqdim edir:

Diaspora