Şanlıurfada terror təşkilatı PKK-ya qarşı əməliyyat: 11 nəfər saxlanılıb

Şanlıurfada terror təşkilatı PKK-ya qarşı əməliyyat: 11 nəfər saxlanılıb backend

Şanlıurfada terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyatda 2-si DEM Partiyası Bələdiyyə Məclisinin üzvü olmaqla 11 şübhəli saxlanılıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, 

Şanlıurfa Respublika Prokurorluğunun koordinasiyasında Jandarma Terrorla Mübarizə İdarəsi, Vilayət Jandarma Komandanlığı və Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən terror təşkilatı PKK-ya qarşı həyata keçirilən əməliyyatın davamında və 17 şübhəlinin həbs olunduğu Suruç rayonunda 11 ünvanda eyni vaxtda əməliyyat keçirilib.

Jandarma Xüsusi Hərəkat qruplarının da iştirak etdiyi əməliyyatda DEM Partiyası Suruç Bələdiyyə Məclis üzvü M.K. M.Ö və M.Ö.-nin də olduğu 3-ü Suriya vətəndaşı olan 11 şübhəli saxlanılıb.

Martın 6-da terror təşkilatına qarşı keçirilən ilk əməliyyatda aralarında DEM Partiyası Suruç rayon rəhbəri Nazlı Binici, 4 DEM Partiyası Suruç Bələdiyyə Məclisi üzvlüyə namizədləri, həkim və müəllimlərin də olduğu 17 şübhəli saxlanılıb.

QAZİLER.AZ

Diaspora