Zelenski Stokholma getdi: üç təhlükəsizlik sazişi imzalayacaq

Zelenski Stokholma getdi: üç təhlükəsizlik sazişi imzalayacaq backend

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna-Şimali Avropa sammitində iştirak etmək üçün İsveçin paytaxtına gəlib. Bu gün təhlükəsizlik təminatı ilə bağlı üç sazişin imzalanması planlaşdırılır.

Qaziler.az bildirir ki, bu barədə Zelenski Teleqramda yazıb.

Bu gün, mayın 31-də Stokholmda üçüncü Ukrayna-Şimali Avropa sammiti keçiriləcək. Ukrayna Prezidentinin qeyd etdiyi kimi, Ukraynanın əsas prioritetləri bunlardır: daha çox hava hücumundan müdafiə sistemləri, ordunu silahlarla təmin etmək, müdafiə istehsalı və Rusiyanı sülhə məcbur etmək üçün qlobal iş.

Zelenski İsveçin baş naziri Ulf Kristersson, Finlandiya prezidenti Aleksandr Stub, Danimarkanın baş naziri Mette Frederiksen, Norveçin baş naziri Jonas Qahr Störe və İslandiyanın baş naziri Byarni Benediktsson ilə görüşəcəyini bildirib.

Zelenskinin İsveç kralı XVI Çarlz və müdafiə şirkətlərinin nümayəndələri ilə də görüşü olacaq.

“Bu gün Ukrayna eyni vaxtda üç təhlükəsizlik sazişi imzalayacaq ki, bu sazişlər uzun müddət üçün nəzərdə tutulan müdafiə və digər müxtəlif dəstəyi müəyyənləşdirəcək”.

QAZİLER.AZ

Diaspora