Rusiyanın Xarkova gecə hücumu nəticəsində ölənlərin sayı artıb - FOTO

Rusiyanın Xarkova gecə hücumu nəticəsində ölənlərin sayı artıb - FOTO backend

Xarkovda gecə atəşi nəticəsində ölənlərin sayı artıb. Dağılan evin dağıntıları altında hələ də insanlar ola bilər.

Qaziler.az bildirir ki, bu barədə Xarkov meri İqor Terexov və Xarkov hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov Teleqram kanallarında məlumat veriblər.

Səhər saatlarında Xarkovda dağılmış beşmərtəbəli binanın dağıntıları altında daha bir nəfərin cəsədi aşkar edilib. Şəhər merinin qeyd etdiyi kimi, dağıntılar altında daha dörd nəfər ola bilər.

Beləliklə, Xarkovda ölənlərin sayı 4-ə yüksəlib. Beşmərtəbəli binanın vurulması nəticəsində 3 nəfər həlak olub.

Orada üçüncü-beşinci mərtəbələr qismən dağılıb. İki uşaq - bir oğlan və biri 12 yaşlı  qız olmaqla 25 nəfər xəsarət alıb.

Müəssisənin ərazisində raketin yerə düşməsi nəticəsində 1959-cu il təvəllüdlü kişi də həlak olub.

QAZİLER.AZ

Diaspora