Türkiyə daxili işlər naziri Ali Yerlikaya, mərkəzləri Aydın, Ərzurum və Karamanda olan "Kuyu-2" əməliyyatlarında 3 ayrı mütəşəkkil cinayət qrupunun məhv edildiyini, 45 şübhəlinin tutulduğunu açıqlayıb.
Qaziler.az bildirir ki, Yerlikayanın sosial media hesabından verdiyi məlumata görə, Jandarma Baş Komandanlığı KOM dairə şöbəsinin koordinasiyasında mərkəzləri Aydın, Ərzurum və Karaman olan 5 vilayətdə “Quyu-2” əməliyyatları təşkil edilib.
Əməliyyatlar zamanı başçıları Aydında Hakan Gürel, Ərzurumda Erkan Yaprak və Muhammet Tokyay, Karamanda İbrahim Öztürk olmaqla 3 mütəşəkkil cinayət qrupunun məhv edildiyini qeyd edən Yerlikaya, mütəşəkkil cinayətkar qrupa üzv olan 45 şübhəlinin də yaxalandığını bildirib.
“Əməliyyatlar nəticəsində tapança və ov tüfəngləri, müxtəlif miqdarda narkotik vasitə, cinayətlərdə istifadə olunduğu aşkarlanan çoxlu sayda saxta hesab-faktura, qəbz, veksel və sənəd, çoxlu sayda rəqəmsal material ələ keçirilib. Əməliyyatları həyata keçirən Söke , Karayazı və Ermenek Respublika Baş Prokurorluğumuzu və qəhrəman jandarmamızı təbrik edirəm. Allah ayaqlarına daş dəydirməsin. Millətimizin duaları sizinlədir", - yazıb.
QAZİLER.AZ