Voronejdə yanğın Pedaqoji Universitetinin əsas binasını bürüyüb

Voronejdə yanğın Pedaqoji Universitetinin əsas binasını bürüyüb backend

Rusiyanın Voronej şəhərində pedaqoji universitetin əsas korpusunun çardağında yanğın baş verib.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

“Moskva vaxtı ilə saat 21:07-də ​​Voronej Pedaqoji Universitetinin əsas korpusunun çardağında yanğın olması barədə məlumat daxil olub. Moskva vaxtı ilə saat 21:32-də yanğın təxminən 30 kvadratmetr ərazini əhatə edib. ”, - nazirliyin Telegram kanalında verdiyi açıqlamada deyilir.

Moskva vaxtı ilə saat 21:45-də yanğın söndürülüb. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Yanğının söndürülməsinə ən azı 10 yanğınsöndürmə briqadası cəlb olunub.

QAZİLER.AZ

Diaspora