“İz” və “İstintaqın sirləri” seriallarının aktyoru vəfat edib

“İz” və “İstintaqın sirləri” seriallarının aktyoru vəfat edib backend

“İstintaqın sirləri”, “Univer. Yeni hostel” və “İz” seriallarından tanınan rusiyalı aktyor Roman Klementyev 59 yaşında dünyasını dəyişib.

Bu barədə aktyor Dmitri Şulqin cümə axşamı, mayın 30-da özünün Facebook səhifəsində məlumat verib.

Sənətçi mayın 29-u çərşənbə günü dünyasını dəyişib. Ölümün səbəbləri açıqlanmır.

Roman Klementyev 2 aprel 1965-ci ildə anadan olub. 1987-ci ildə Dövlət Litva Konservatoriyasının teatr sənəti fakültəsini bitirib.

NSN yazır ki, aktyor karyerası ərzində 30-a yaxın film və serialın çəkilişlərində iştirak edib. Onun layihələri arasında “Canlı”, “Adi qadın”, “Tətik” və s. filmləri var.

Klementyev 2000-ci illərin sonlarında filmlərdə və seriallarda rol almağa başlayıb.

Diaspora