Aktyor Aleksey Panin Rusiyada terrorçuların siyahısına daxil edilib

Aktyor Aleksey Panin Rusiyada terrorçuların siyahısına daxil edilib backend

Rosfinmonitorinq aktyor Panini terrorçuların və ekstremistlərin reyestrinə daxil edib.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, Rosfinmonitorinq aktyor Aleksey Panini (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) terrorçu və ekstremistlər siyahısına əlavə edib.

Bu barədə məlumat mayın 29-da xidmətin saytında yerləşdirilib.

Siyahıda "Panin Aleksey Vyaçeslavoviç, 10 sentyabr 1977-ci ildə anadan olub, Moskva" qeyd edilib.

Bundan əvvəl, fevralın 15-də Moskvanın Qaqarin Rayon Məhkəməsi aktyor Panini terrorizm çağırışlarına görə qiyabi həbs edib.

QAZİLER.AZ

Diaspora