Mayın 25-də Xarkovda işğalçılar "Epicenter" hipermarketini vurduqdan sonra qurbanların sayı yenidən artıb. Zərərçəkənlərdən biri xəstəxanada dünyasını dəyişib.
Qaziler.az bildirir ki, bu barədə Xarkov hərbi administrasiyanın rəhbəri Oleq Sinequbov yazıb.
“Təəssüf ki, düşmənin "Episentr"ə endirdiyi zərbə nəticəsində yaralanan 40 yaşlı kişi xəstəxanada dünyasını dəyişib.
Onun sözlərinə görə, kişi yanıq xəsarəti ilə reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun bədəninin 50 faizi yanıbmış.
Rusiya qoşunları son zamanlar Xarkovu kütləvi şəkildə raket atəşinə tutur. Belə ki, mayın 25-də işğalçılar Episentr hipermarketinə və Xarkov şəhərinin mərkəzinə zərbələr endiriblər.
Mayın 26-da 12 nəfərin öldüyü bildirilmişdi, daha sonra isə qurbanların sayı artmaqda davam etdi. Mayın 28-də 17 itki və 40-dan çox yaralı məlum olub.
Mayın 27-nə olan məlumata görə, Xarkovda "Episentr"də zərbə nəticəsində həlak olan 16 nəfərdən 14-nün şəxsiyyəti müəyyən edilib. Onların arasında 17 yaşlı yeniyetmə də var.
Mayın 28-də 18 nəfərin öldüyü, 50 nəfərin yaralandığı məlum olub.
QAZİLER.AZ