Mayın 19-da İbrahim Rəisi və başqalarını daşıyan helikopterin qəzaya uğramasından sonra cangüdənin sağ olduğunu sübut edən fotosu yayılıb.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, o, Məşhəddə İmam Rzanın ziyarətgahında iştirak etdiyi yas mərasimində görüntülənib.
Bundan əvvəl adı və şəkli helikopter qəzasında həlak olan 9 nəfərin siyahısına salınan İbrahim Rəisinin cangüdəni SEPAH-ın "Əlmehdi" Xüsusi Qüvvələrinin zabiti Cavad Mehrabidir.
Qeyd edək ki, qəzaya uğrayan helikopterlə bağlı yayılan və uzaqdan çəkilmiş ilk video və fotolarda qəza yerində bir şəxsin olduğu görünürdü.
![](https://img.qaziler.az/gallery/2024/05/159529_6655fb8f7a149.jpg)