Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev

Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev backend

Rusiya hər tərəfdən mühasirəyə alınıb. Bizə elmi fəaliyyət üçün əlverişsiz şərait yaradırlar, lakin Rusiya Elmlər Akademiyası və alimlər bu dövrü uğurla keçəcəklər.

QAZÌLER.AZ  Publika.az-a istinaden xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məlumat verib.

“Bəli, biz burada hər tərəfdən mühasirəyə alınmışıq, onlar elmi fəaliyyət üçün əlverişsiz şərait yaratmağa çalışırlar. Lakin əminəm ki, bizim hamımız – həm Elmlər Akademiyası, həm də elmi ictimaiyyət bu dövrdən uğurla keçəcək”, - o, Rusiya Elmlər Akademiyasının ümumi yığıncağında deyib.

Medvedev həmçinin bildirib ki, ölkənin təhlükəsizliyinin təmin edilməsində Rusiya Elmlər Akademiyasının köməyinə ümid edir. O, hökumətin qərarlarının qəbuluna alimlərin cəlb edilməsinin zəruriliyinə işarə edib.

 

 

Diaspora