Elazığda terrorçulara məxsus sığınacaq tapıldı

Elazığda terrorçulara məxsus sığınacaq tapıldı backend

Türkiyə hərbçilərinin Elazığın Palu rayonunun ərazisində həyata keçirdiyi əməliyyatda PKK terrorçularına məxsus partlayıcı və xilasetmə materialları ələ keçirilib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Elazığ valilyindən verilən açıqlamaya görə, vilayət jandarma komandanlığı tərəfindən Burgudere kəndi çöl sahəsində terror təşkilatına qarşı “Şəhid Jandarma Əsgər Süleyman Akan-30 əməliyyatı” təşkil edilib.

Əməliyyat zamanı terror təşkilatı üzvlərinin ötən illərdə istifadə etdiyi güman edilən sığınacaq aşkar edilib.

Sığınacaqda aparılan axtarışlar zamanı əldəqayırma partlayıcı maddələrin hazırlanmasında istifadə olunan materiallar, eləcə də ərzaq məhsulları, geyim və yaşayış materialları aşkar edilib.

QAZİLER.AZ

Diaspora