İrəvanda etiraz aksiyası zamanı 67 nəfər saxlanılıb

İrəvanda etiraz aksiyası zamanı 67 nəfər saxlanılıb backend

İrəvanda ümumilikdə 67 etirazçı saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə “Sputnik-Armeniya”ya Ermənistan polisinin mətbuat xidmətindən məlumat verilib.

Bu gün səhər arxiyepiskop Baqrat Qalstanyanın “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyalarına başlayıb. Nəticədə onlar İrəvanda dövlətlərarası, regionlararası əhəmiyyətə malik olan magistral yolları və küçələri bağlayıblar. Bir müddət sonra polis Ermənistan paytaxtında etirazçıları saxlamağa başlayıb.

Diaspora