Tiflisdə hərbi paradda ilk yaşandı: ABŞ imtina etdi

Tiflisdə hərbi paradda ilk yaşandı: ABŞ imtina etdi backend

ABŞ ordusunun şəxsi heyəti bir neçə ildən sonra ilk dəfə Gürcüstanın Müstəqillik Günü münasibətilə Tiflisin Azadlıq meydanında keçirilən hərbi paradda iştirak etməyib.

QAZÌLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, ötən illərdə ABŞ hərbi qulluqçularından ibarət dəstə Gürcüstan ordusu hissələrinin nümayəndələri ilə birlikdə Azadlıq meydanındakı paradda yürüş edib. Lakin bu il paradda yalnız Gürcüstan hərbçilərindən ibarət bölmələrin keçidi baş tutub.

Xatırladaq ki, Gürcüstanla ABŞ arasında münasibətlər “Xarici təsirin şəffaflığı haqqında” qanuna görə soyuyub. Hətta Vaşinqton qanuna görə Gürcüstan hakimiyyətində təmsil olunan şəxslərə viza məhdudiyyətləri tətbiq etmək üçün yeni siyasətə keçdiyini bəyan edib.

Qanun gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutur.

Diaspora