Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən keçirilən “Bozdoğan-40” əməliyyatı çərçivəsində “boz” kateqoriyada yer alan “Sofi” kod adlı Mehmed Yıldırım məhv edilib.
QAZILER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, əməliyyat Diyarbəkir vilayətinin Lice rayonunda baş tutub.
Bildirilib ki, M. Yıldırım müxtəlif vaxtlarda 6 terror aktını törədib. Nəticədə təhlükəsizlik qüvvələrinin 8 əməkdaşı və 15 dinc sakin şəhid olub.