Keçən həftə Rusiya Şimali Xarkov vilayətindəki Volçanska hücum zamanı nizami Rusiya ordu qüvvələri və "Ştorm-Z" bölmələri ilə yanaşı keçmiş "vaqnerçi"lərdən Afrika korpusu bölmələrini göndərib.
Qaziler.az bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi Twitter-də məlumat yayıb.
Hesabatda qeyd olunduğu kimi, 2023-cü ilin dekabrında yaradılmış Rusiya Müdafiə Nazirliyinin Afrika korpusu 2000-dən çox nizami əsgər və zabitdən, həmçinin bir çoxu əvvəllər "Vaqner" qrupunda xidmət etmiş təcrübəli muzdlulardan ibarətdir.
Britaniya kəşfiyyatının məlumatına görə, Afrika korpsunun əsgərləri çox güman ki, əvvəllər Suriya, Liviya, Burkina Faso və Nigerdə yerləşdirilib.
QAZİLER.AZ