Zəlzələdə dağılan məscidin minarəsinin təmiri leylək yuvasına görə təxirə salındı

Zəlzələdə dağılan məscidin minarəsinin təmiri leylək yuvasına görə təxirə salındı backend

Qaziantepin İslahiye rayonunda, mərkəzi Kahramanmaraşda olan zəlzələlərdə zərər görən məscidin minarəsinin olduğu yerdə keçən il yuva quran leylək bu il də eyni yerdə məskunlaşıb.

Qaziler.az bildirir ki, ötən il fevralın 6-da baş verən zəlzələlər zamanı tarixi Yesemək məhəlləsindəki məscidin minarəsinin qalan hissəsi də zədələnərək dağılıb.

Yazda şəhərə gəlməyə başlayan leyləklərdən biri keçən il minarənin yerində yuva qurmuşdu. Bunun üzərinə minarənin təmiri təxirə salınıb.

Bu il minarənin təmiri ilə bağlı işlər başlayanda leylək yenidən həmin yerdə yuva salıb.

Yesemek Məscidi imamı Ömər Güneş jurnalistlərə açıqlamasında məscidin minarəsinin 6 fevral zəlzələsi zamanı yıxıldığını və bölgəyə köçən leyləklərdən birinin burada yuva qurduğunu deyib.

Güneş leyləklərin müəyyən vaxtlarda bura qayıtdığını və bir dəfə güclü külək səbəbindən yuvanın yıxılaraq dağıldığını, lakin leyləyin təslim olmadan yuvasını yenidən eyni yerdə qurduğunu bildirib.

QAZİLER.AZ

Diaspora