Yaxın günlərdə Tbilisidə xarici agentlər haqqında qanuna qarşı üç aksiya elan edilib.
Qaziler.az Gürcüstan mətbuatına istinadən bildirir ki, mayın 24-də saat 19:00-da etirazçılar Azadlıq meydanına toplaşır. Oradan Gürcüstan Daxili İşlər Nazirliyinin Ortaçala bölgəsindəki binasına yürüş təşkil edəcəklər.
Bu yürüş bütün saxlanılan nümayişçilərlə həmrəylik aksiyası olacaq.
Aprelin ortalarında başlayan etiraz aksiyalarından bu günə qədər onların sayı 200 nəfəri keçib.
Etirazçılar polisi qanunsuz saxlamalarda, uydurma ittihamlarda və cərimələrdə ittiham edirlər.
QAZİLER.AZ