Türkiyədə kafedə silahlı atışma: 3 ölü

Türkiyədə kafedə silahlı atışma: 3 ölü backend

İstanbulun Üsküdar rayonunda kafedə iki qrup arasında baş verən silahlı qarşıdurmada 3 nəfər ölüb, 2-si ağır olmaqla 5 nəfər yaralanıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Ünalan məhəlləsi Ayazma küçəsində yerləşən kafedə iki qrup arasında baş verən mübahisə silahlı qarşıdurmaya çevrilib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb. Əraziyə polis və tibb qrupları göndərilib.

Yaxınlıqdakı xəstəxanalara çatdırılan yaralılardan 2-nin vəziyyətinin ağır olduğu öyrənilib.

QAZİLER.AZ

Diaspora