ABŞ xarici agentlər haqqında qanuna görə gürcü siyasətçilərə sanksiyalar tətbiq edə bilər - "Politico"

ABŞ xarici agentlər haqqında qanuna görə gürcü siyasətçilərə sanksiyalar tətbiq edə bilər -  "Politico" backend

ABŞ Konqresi xarici agentlər haqqında qalmaqallı qanunun qəbulu ilə əlaqədar aparıcı gürcü siyasətçilərinə qarşı sanksiyalar tətbiqi haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır.

Qaziler.az bildirir ki, bu barədə  “Politico” məlumat yayıb.

"Politico"nun tanış olduğu sənəd iki senator - demokrat Janna Şahin və respublikaçı Cim Riş tərəfindən hazırlanıb. Onlar bunu cümə axşamı, mayın 23-də Konqresə təqdim etməyi planlaşdırırlar.

Sənəddə Tbilisi və Vaşinqtonun təhlükəsizlik və demokratiya məsələlərində əməkdaşlıq etdiyi ABŞ-Gürcüstan strateji dialoqunun dayandırılması da təklif edilir.

QAZİLER.AZ

Diaspora