Türkiyənin Denizli şəhərinin Merkezefendi rayonunda 24 şagird qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Çakmak rayonundakı İş Adamları Məsləyi və Texniki Anadolu Liseyində xeyriyyə məqsədilə paylanan toyuq plov yedikdən sonra bəzi şagirdlər ürək bulanmasından şikayətləniblər.
Məktəb rəhbərliyi vəziyyəti bildirdikdən sonra məktəbə gələn həkim briqadaları 24 şagirdi şəhərin müxtəlif xəstəxanalarına aparıblar.
Şagirdlərin sağlamlıq durumunun yaxşı olduğu və müalicələrinin ardından evə buraxıldığı öyrənilib.
QAZİLER.AZ