Rusiya Müdafiə Nazirliyində təmizləmə işləri niyə məhz indi başlayıb?

Rusiya Müdafiə Nazirliyində təmizləmə işləri niyə məhz indi başlayıb? backend

Rusiya Müdafiə Nazirliyində təmizləmə işləri ona görə indi başlayıb ki, əvvəllər təxirəsalınmaz işlər buna mane olub.

Qaziler.az bildirir ki, bu barədə politoloq Sergey Markov Telegram kanalında bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə xüsusi əməliyyata (Ukraynadakı müharibə-red.) hazırlıq gedirdi, 2022-ci ildə isə "xüsusi əməliyyat"ın kritik dövrü idi.

Ekspert əlavə edib ki, sonrakı dövrlərdə səfərbərlik aparılırdı və Ukrayna Silahlı Qüvvələrinin hücumları olurdu.

"2024-cü ilin əvvəlində bunu etmək mümkün deyildi - ordunu hücuma hazırlamaq lazım idi. 2024-cü ilin yazında: Şoyqu bütün əsas tapşırıqları yerinə yetirdi və sakitcə getdi və nəhayət ki, təmizləməyə başlamağa imkanı verdi”, – Markov yazıb.

Politoloq hesab edir ki, təmizləmələr ona görə başlayıb ki, Rusiya Ordusu böhrandan çıxıb. Onun sözlərinə görə, indi Silahlı Qüvvələr onlarla generalın həbsindən sakitcə "sağ çıxa bilir".

QAZİLER.AZ

Diaspora