Döyüşlər üç istiqamətdə gedir - Ukrayna Baş Qərargahı

Döyüşlər üç istiqamətdə gedir -  Ukrayna Baş Qərargahı backend

Cəbhədə üç istiqamətdə - Pokrovski, Kupyanski və Kramatorskda şiddətli döyüşlər gedir. Gün ərzində rus işğalçıları irəliləməyə 53 dəfə cəhd edib. Ukrayna Silahlı Qüvvələri təzyiqləri saxlayır və düşmənə qəti cavab verir.

Qaziler.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının  məlumatında deyilir.

"Kupyansk istiqamətində rusiyalı işğalçılar artıq 13 dəfə müdafiə xətlərimizə hücum ediblər. Stelmaxovka, Tverdoxlebovo, Drujelyubovka, Nevskoye və İvanovka ərazilərində bu hücumlardan 8-i hələ də davam edir. Bundan əlavə, düşmən Andreyevka, Sergeyevka və Makeyevka yaxınlığında üç dəfə hava zərbəsi endirib və idarə olunmayan aviasiya raketləri ilə atəşə tutub.

Ukrayna əsgərləri Ukrayna əsgərləri işğalçılara səylərini artırmağa imkan vermir. Düşmən itkiləri dəqiqləşdirilir.

Kramatorsk istiqamətində isə hərbi toqquşmaların ümumi sayı hazırda altıdır. Ukrayna əsgərləri Andreyevka və Novı rayonlarında düşmənin üç hücumunu dəf etməkdə davam edir. Vəziyyət nəzarət altındadır. 

Pokrovski istiqamətində, o cümlədən Kalinovo, Novoaleksandrovka və Sokol yaşayış məntəqələri ərazilərində yeddi hərbi toqquşma gedir. Ümumilikdə, düşmən artıq taktiki vəziyyəti yaxşılaşdırmaq üçün 16 dəfə cəhd edib. Ukrayna müdafiəçiləri işğalçıların qarşısını sərt şəkildə alırlar.

Qalan ərazilərdə hazırda vəziyyətdə ciddi dəyişiklik yoxdur", məlumatda deyilir.

QAZİLER.AZ

Diaspora