Türkiyədə FETÖ əməliyyatı: 15 nəfər saxlanıldı

Türkiyədə FETÖ əməliyyatı: 15 nəfər saxlanıldı backend

Türkiyənin Kütahya şəhərində FETÖ-nün hazırkı tələbə strukturuna qarşı keçirilən əməliyyatda 15 şübhəli saxlanılıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Respublika Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində Vilayət Polis idarəsinin Terrorla Mübarizə Şöbəsi qrupları eyni vaxtda şəhərdəki universitetlərdə mövcud tələbə strukturunda aktiv olduqları müəyyən edilən şübhəlilərin ünvanlarında axtarış aparılıb.

Əməliyyat zamanı daha əvvəl FETÖ ilə bağlı istintaqı aparılmayan 6-sı qadın olmaqla 15 şübhəli saxlanılıb.

Şübhəlilərlə bağlı polis bölməsində əməliyyatlaı davam etdirilir.

QAZİLER.AZ

 

Diaspora