Qırmızı bülletenlə axtarışda olan mütəşəkkil cinayətkar qrup rəhbəri Barış Boyun İtaliyanın Viterbo şəhərində İtaliya və Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində yaxalanıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından verdiyi açıqlamada mütəşəkkil cinayətkar qruplaşmanın başçısı Barış Boyunun İtaliyada tutulduğunu açıqlayıb.
Nazir bunları qeyd edib: "İtaliyada ölkəmiz tərəfindən qırmızı bülletemlə axtarışda olan Barış Boyunun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrupa qarşı; KOM sədrliyimiz, İnterpol-Avropol Departamentimiz və İtaliya Təhlükəsizlik Orqanlarının birgə səyləri nəticəsində İtaliya polisi tərəfindən Roma və Milanda əməliyyat keçirilib. Əməliyyat zamanı mütəşəkkil cinayətkar qruplaşmanın 17 türk və 2 italyan üzvü, o cümlədən qrup rəhbəri Barış Boyun olmaqla, ümumilikdə 19 şübhəli yaxalanıb".
Fərari Barış Boyun Mütəşəkkil Cinayətkarlığa qarşı bu günə qədər İstanbul, İzmir, Tekirdağ, Sakarya və Kütahyada həyata keçirilən 26 ayrı əməliyyatda 317 nəfər tutulub.
Onlardan 175-i həbs edilib, 100-ü barəsində məhkəmə nəzarəti qərarı çıxarılıb.
QAZİLER.AZ