Qazaxıstanın Astana akimliyinin Telegram kanalına istinadən xəbər verir ki, paytaxtın yaşayış komplekslərindən birində baş verə biləcək faciənin qarşısını 31 saylı məktəb-gimnaziyanın 7D sinif şagirdi Akan Akimjanov alıb.
Qaziler.az bildirir ki, bu barədə "Kazinform" agentliyi məlumat verib.
Mayın 20-də Akan həyətdə oynayan zaman uşaqlar ona yaxınlaşaraq 4-cü mərtəbənin eyvanının məhəccərindən yapışaraq asılı vəziyyətdə olduğunu görüblər.
Akan dərhal girişə qaçaraq 4-cü mərtəbəyə qalxıb və beş yaşlı uşağı xilas edib.
Akan Akimjanov çoxuşaqlı ailədəndir, o, qardaş və bacılarına da ehtiyac olarsa bu cür kömək edəcəyini qeyd edib.
QAZİLER.AZ