Qərb 7 "Patriot" sistemini Ukraynaya nə vaxt verəcək? - Zelenskinin ehtimalı

Qərb 7 "Patriot" sistemini Ukraynaya nə vaxt verəcək? - Zelenskinin ehtimalı backend

NATO-nun Vaşinqtonda keçirilən sammitində Ukraynaya 7 “Patriot” sisteminin verilməsi ilə bağlı qərar qəbul oluna bilər.

Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bunu prezident Vladimir Zelenski deyib.

Zelenski NATO-nu yenə də daha çox F-16 qırıcı təyyarələri və "Patriot" hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə çağırıb.

Onun sözlərinə görə, Ukraynanın çoxlu Patriot sistemlərinə ehtiyacı var, lakin o, milli iqtisadiyyat və enerji sektoru üçün əsas olan regionları qorumaq üçün yeddi "Patriot" sisteminin verilməsi ilə razılaşacaq.

Nəşr yazır ki, Zelenskinin ehtimalına görə, NATO liderləri iyulda Vaşinqtonda sammitə toplaşanda ("Patriot"un təhvil verilməsi ilə bağlı) qərar verilə bilər.

"Sizcə, bu, Vaşinqtonda keçirilən yubiley sammiti üçün çoxmu, bu gün bütün dünyada azadlıq və demokratiya uğrunda mübarizə aparan ölkə üçün?"

QAZİLER.AZ

Diaspora