“Naviqator” Aviasiya Alətləri İnstitutunun texniki direktoru Sergey Çanuşkin bildirib ki, toqquşmadan yayınma sistemindəki nasazlıq İran prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğramasına səbəb ola bilər.
Qaziler.az xəbər verir ki, onun TASS-a istinadən verdiyi məlumata görə, bu avadanlıq zəif görmə şəraitində dağlıq ərazilərdə uçuşların təhlükəsizliyini təmin edir.
“Qəzaya uğrayan “Bell-212” helikopterində bu sistemin quraşdırılması barədə dəqiq məlumat yoxdur, lakin TAWS-in rus analoqunu tərtib edənlər kimi deyə bilərik ki, helikopter ya sistemlə təchiz olunmayıb, ya da nədənsə fəaliyyət göstərməyib”, - Çanuşkin bildirib.
Ekspert izah edib ki, sistemin əsas vəzifəsi belə toqquşmaların qarşısını almaqdır. Düzgün işləyirsə, ekipajı təhlükəli yanaşma barədə xəbərdar etməlidir.
QAZİLER.AZ