Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin cənazəsi çərşənbə axşamı Təbrizdən doğulduğu Məşhəd şəhərinə göndəriləcək.
"Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
“Tasnim” agentliyi öz növbəsində qeyd edir ki, bu gün səhər Məşhəddə Rəisinin dəfn mərasimi ilə bağlı şura iclası da keçirilib. Qərara alınıb ki, əsas küçə və ya meydanlardan birinə mərhum prezidentin adı verilsin.