Türkiyənin İzmir şəhərində terror təşkilatı İŞİD-a qarşı keçirilən əməliyyatda 20 şübhəli saxlanılıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, İzmir Respublika Baş Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar çərçivəsində Menemen rayonunda müəyyən edilən ünvanlarda eyni vaxtda əməliyyat keçirilib.
Əməliyyat zamanı 20 şübhəli saxlanılıb, silahlar, təşkilati sənədlər və çoxlu sayda rəqəmsal materiallar ələ keçirilib.
Şübhəlilər polis bölməsində əməliyyat-axtarış tədbirləri aparıldıqdan sonra ədliyyəyə göndərilib.
QAZİLER.AZ