Rəisinin olduğu helikopterin qalıqlarını tapan "Akıncı" Türkiyədəki vəzifəsinə qayıdıb - VİDEO

Rəisinin olduğu helikopterin qalıqlarını tapan "Akıncı" Türkiyədəki vəzifəsinə qayıdıb - VİDEO backend

"Akıncı" PUA İran prezidenti İbrahim Rəisini daşıyan helikopterin dağıntılar sahəsinin təsbitini müvəffəqiyyətlə tamamlayıb və Türkiyədəki vəzifəsinə qayıdıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, FlightRadar24 tətbiqinə görə Akıncı PUA İrandakı missiyasından sonra Türkiyə hava məkanına daxil olub.

Türkiyənin İran prezidenti və bəzi səlahiyyətlilərin iştirak etdiyi helikopter qəzası ilə bağlı axtarış fəaliyyətlərini təyin etdiyi Akıncı İHA, helikopterin qalıqları olduğu ehtimal edilən mənbəni təsbit edib və koordinatlarını İran rəsmiləri ilə paylaşıb.

Akıncı İHA-nın aşkarlanmasından sonra İran Qızıl Aypara Cəmiyyəti prezident Rəisiyə məxsus helikopter qalıqlarının yerini tapdıqlarını açıqlayıb.

İran dövlət televiziyası helikopterin qalıqlarında həyat əlamətinin olmadığını açıqlayıb.

"Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar missiyasını başa vuraraq Türkiyəyə qayıdan "Akıncı" PUA ilə bağlı sosial media hesabında bu açıqlamaları verib:

"Vətəninə xoş gəlmisən, Bayraktar Akıncı. İran xalqına yenidən "keçmiş olsun" deyirəm".

QAZİLER.AZ

Diaspora