Türkiyədə 14 vilayətdə miqrant qaçaqçılığı təşkilatçılarına və qeyri-qanuni mühacirlərə qarşı keçirilən “Kalkan-22” əməliyyatlarında 40 miqrant qaçaqçılığı təşkilatçısı yaxalanıb. Təşkilatçılardan 37-si həbs edilib, onlardan 3-nün istintaqı davam edir.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə daxili işlər naziri Ali Yerlikaya 14 vilayətdə miqrant qaçaqçılığı təşkilatçılarına və qeyri-qanuni mühacirlərə qarşı “Kalkan-22” əməliyyatı aparıldığını açıqlayıb.
Köç İdarəsi Müdirliyi və Təhlükəsizlik Ümumi Müdirliyinin miqrant qaçaqçılığı və Sərhəd Qapıları ilə Mübarizə Şöbəsinin koordinasiyasında; Kocaeli Vilayət Təhlükəsizlik Müdirliyi Mühacir Qaçaqçılığı və Sərhəd Qapıları Şöbə Müdirliyi tərəfindən həyata keçirilən əməliyyat nəticəsində; Kocaeli mərkəzli Kayseri, Manisa, Mersin, Əskişəhər, Isparta, İstanbul və Uşakda miqrant qaçaqçılığı təşkilatçılarına və qeyri-qanuni mühacirlərə qarşı həyata keçirilən əməliyyatlar nəticəsində 25 miqrant qaçaqçılığı təşkilatçısı yaxalanıb, onlardan 25-i həbs edilib, 26 qeyri-qanuni miqrant tutulub.
Başqa vilayətlərdə də əməliyyat keçirilib.
Tutulan qeyri-qanuni miqrantlar vilayət Köc İdarəsi Müdirliyinə təhvil verilib və deportasiya prosedurlarına başlanılıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətdə istifadə olunduğu müəyyən edilən 14 nəqliyyat vasitəsi və külli miqdarda xarici valyuta götürülüb.
Yerlikayanın sosial şəbəkədə bu barədə paylaşım edib:
QAZİLER.AZ