Tayfa toyunda gəlinə 6 kilo qızıl verildi, 2 çamadan pul yığıldı

Tayfa toyunda gəlinə 6 kilo qızıl verildi, 2 çamadan pul yığıldı backend

Şanlıurfada tayfa toyunda gəlinə 6 kilo qızıl verilərkən, halay edənlərin üzərinə dollar və lirə səpələnib.

QAZILER.AZ.  Lent.az-a istinadən verdiyi məlumata görə, İzol tayfasından olan iş adamı Mehmet Aydınlık və bankir Ayşegül Altuner həyatlarını birləşdirib. Şəhərdəki şadlıq sarayında keçirilən toya rayondakı tayfa başçıları və yüzlərlə insan qatılıb. 

Karaköprü bələdiyyə başçısı Nihat Çiftçinin nikah kəsməsindən sonra qonaqlar rəqs edən cütlüyün və halayçıların üzərinə 1 dollar və türk lirəsi əskinasları səpiblər. 

Dollar dəstələrinin və türk lirəsinin havada uçuşduğu toyda orkestrin təyin etdiyi 10 nəfər yerə atılan pulları toplayaraq torbalara qoyub. 

Yerli yeməklərin təqdim edildiyi toyda gəlinin üzərinə xüsusi qutu və nimçələrdə gətirilən bilərzik, tac, kəmər, boyunbağı kimi zinət əşyaları taxılıb. 

Qızılın ağırlığından yerindən tərpənə bilməyən gəlinə yaxınları kömək edərkən, qızıl taxmayan qonaqlar zaldakı sandığın içinə pul və qızıl qoyub, üzərində adları yazılmış zərfləri atıblar. Gecənin sonunda açılan qutularda olan zərflər iki çamadana doldurulub. 

Rəngarəng görüntülərin yer aldığı toyda cütlüyün yaxınları qonaqlara tez-tez havaya atəş açmamaları barədə xəbərdarlıq ediblər.

Diaspora