Ukraynada “hərbi bilet”in yeni forması təsdiqlənib

Ukraynada “hərbi bilet”in yeni forması təsdiqlənib backend

Hökumət çağırışçıların, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının və ehtiyatda olanların hərbi qeydiyyat sənədlərinin işlənməsi və verilməsi qaydasında dəyişiklik edilməsi barədə qərar qəbul edib. Bu sənədin forması da dəyişib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Nazirlər Kabinetinin səhifəsinə istinadən xəbər verir.

Bildirilir ki, hökumət çağırışçıların, həqiqi hərbi xidmət hərbi qulluqçularının və ehtiyatda olanların hərbi qeydiyyat sənədlərinin uçotu və verilməsi qaydasını və belə sənədin formasını təsdiq edən 559 nömrəli qərar verib.

Eyni zamanda, bu qərar qüvvəyə minənədək verilmiş hərbi qeydiyyat sənədləri yeni növ hərbi qeydiyyat sənədi verilənədək Ukraynanın bütün ərazisində etibarlı sayılır. Qətnamə sabahdan qüvvəyə minəcək.

QAZİLER.AZ

 

Diaspora