Türkiyənin Dənizli şəhərinin Pamukkale rayonunda avtomobilin yolda və səkidə piyadaları vurması nəticəsində 3-ü ağır olmaqla 4 nəfər yaralanıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Eyüp Yöndemin idarə etdiyi avtomobil şəhərin Cümhuriyyət məhəlləsi Ulus küçəsində kəsişmədən dönərkən yolu keçmək istəyən Sıla Cesuroğlunu vurub, daha sonra səkiyə çırpılaraq Əfqanıstan vətəndaşları Həmid Deqani, Muhammed Abduli və Seyhram Hüseyni vurub.
Avtomobil taksi dayanacağına çırpılaraq dayanıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası, xilasetmə və polis qrupları gəlib.
Avtomobilin altında qalan iki nəfər xilasedicilər tərəfindən xilas edilib.
Şəhərdəki xəstəxanalara çatdırılan yaralılardan 3-nün vəziyyətinin ağır olduğu öyrənilib.
Sürücü nəzarətə alın
Qəza anı taksi dayanacağının təhlükəsizlik kamerasına düşüb.
QAZİLER.AZ