Türkiyə Rusiyaya birdən çox telefon gətirməyi qadağan etdi

Türkiyə Rusiyaya birdən çox telefon gətirməyi  qadağan etdi backend

Yeni qaydaya görə, xaricdən Türkiyəyə gələn sərnişinlər əlavə gömrük rüsumları ödəsələr belə, artıq bir neçə mobil telefon gətirə bilməyəcəklər. Bu o deməkdir ki, ikinci telefon gömrükdə müsadirə olunacaq və yalnız evinə qayıdanda sahibinə qaytarılacaq.

Qaziler.az bildirir ki, bu barədə “Karamanin Sesi” məlumat yayıb. Sözügedən məhdudiyyət 2024-cü ilin oktyabrında qüvvəyə minəcək. Müsadirə edilən telefonlar üç aya qədər gömrük anbarlarında saxlanılacaq.

Eyni zamanda, Türkiyə hökuməti ölkəyə idxal edilən cihazların xidmət müddətini 120 gündən 180 günə qədər uzadıb. Bu müddətdən sonra yerli operatorlar xarici telefonun GSM modulunu qara siyahıya salacaq və mobil şəbəkə telefona qoşula bilməyəcək. Belə smartfonun kilidini açmaq yalnız gömrük rüsumlarını ödədikdən sonra mümkün olacaq.

Türkiyədə bu tədbirlər qaçaqmalçılıq və elektronikanın qanunsuz dövriyyəsi ilə mübarizəyə yönəlib. Sərnişinlərdən yeni qaydalara diqqət etmələri və səfərlərini buna uyğun planlaşdırmaları xahiş olunub.

QAZİLER.AZ

Diaspora