Kadırovun yaxın silahdaşı istefa verib

Kadırovun yaxın silahdaşı istefa verib backend

Çeçenistan Respublikası (CR) parlamentinin sədri, Ramzan Kadırovun ən yaxın silahdaşı Maqomed Daudov vaxtından əvvəl istefa verdiyini açıqlayıb.

Qaziler.az bildirir ki, bu barədə Qroznı teleradio şirkəti Telegram-da məlumat yayıb.

"Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovla görüşdən sonra mən Çeçenistan Respublikası parlamentinin sədri vəzifəsindən istefa vermək qərarına gəldim", - Daudov vəzifəsini tərk etməsinin səbəblərini açıqlamayıb.

Fevralda Rusiya prezidenti Vladimir Putin Daudovu III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. 

Daudov 2015-ci ildən Çeçenistan parlamentinə rəhbərlik edir. 2010-cu ildə o, Çeçenistan hökuməti sədrinin birinci müavini, bir il sonra isə həm də respublika başçısının administrasiyasının rəhbəri təyin edilib.

QAZİLER.AZ

Diaspora