Türkiyənin İstanbul şəhərində terror təşkilatı PKK/KCK-ya qarşı keçirilən əməliyyatda 21 şübhəli saxlanılıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İstanbul Respublika Prokurorluğu Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində terror təşkilatı PKK/KCK tərkibində fəaliyyət göstərdiyi müəyyən edilən 25 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.
Bunun üzərinə hərəkətə keçən təhlükəsizlik qüvvələri 25 ünvanda keçirdikləri əməliyyatda 21 şübhəlini saxlayıb.
Hazırda 4 şübhəlinin axtarışı davam edir.
QAZİLER.AZ