Mərkəzləri Bursa olan 13 vilayətdə həyata keçirilən “Mahzen-46” əməliyyatlarında fəaliyyət göstərən 3 ayrı mütəşəkkil cinayət qrupu sıradan çıxarılıb, aralarında qruplaşma başçıları da daxil olmaqla 112 şübhəli ələ keçirilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə daxili işlər naziri Ali Yerlikaya, sosial media hesabından verdiyi açıqlamada, "Dəyərli millətimizin bilməsini istəyirəm ki, hansı böyüklükdə olursa-olsun mütəşəkkil cinayət təşkilatlarını çökdürüb ədalətə təslim edəcəyik. Həm şəfəq sökərkən, həm gün batarkən əməliyyatlarımız qətiyyətlə davam edəcək", - dedi.
Nazir Yerlikaya, Bursa vilayət Təhlükəsizlik Müdirliyi Narkotik Cinayətlərlə Mübarizə Şöbə Müdirliyi tərəfindən Bursa Respublika Baş Prokurorluğu və Təhlükəsizlik Ümumi Müdirliyi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin koordinasiyasında Bursa mərkəzli İstanbulda həyata keçirilən işlər nəticəsində, Konya, Van, Kocaeli, Nevşehir, Muğla, Samsun, Diyarbakır, Şanlıurfa, Balıkəsirdə Tekirdağ və Muşda mütəşəkkil cinayət təşkilatlarına qarşı əməliyyat keçirildiyini ifadə etdi.
QAZİLER.AZ