Egey dənizində, İzmirin Karaburun rayonu sahillərində 4,5 bal gücündə zəlzələ baş verib.
Qaziler.az bildirir ki, məlumatı Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) yayıb.
Zəlzələnin təxminən 7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
AFAD-dan verilən açıqlamada deyilir: "Hazırda saat 07.57-də baş verən zəlzələdən sonra heç bir neqativ hal yoxdur".
QAZİLER.AZ