Salome Zurabişvili "xarici agentlər" haqqında qanuna veto qoyacaq

Salome Zurabişvili "xarici agentlər" haqqında qanuna veto qoyacaq backend

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə parlamentinin qəbul etdiyi "xarici agentlər" haqqında qanuna veto qoyacaq.

"Report" xəbər verir ki, bu barədə S.Zurabişvili CNN-ə müsahibəsində deyib.

O etiraf edib ki, onun "xarici agentlər haqqında" qanuna veto qoyması simvolik xarakter daşıyacaq

"Bu qanun simvolik olduğu kimi, veto da simvolik olacaq", - Zurabişvili bildirib.

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanunu üçüncü oxunuşda qəbul edib. Qanun gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutur.

Diaspora