Tbilisidə etirazçılar polis kordonunu yarıblar - VİDEO

Tbilisidə etirazçılar polis kordonunu yarıblar - VİDEO backend

Tbilisidə xarici agentlər haqqında qanuna etiraz edənlər polis kordonunu yarıb və Gürcüstan parlamentinə doğru irəliləyirlər.

Qaziler.az bildirir ki, bu barədə çərşənbə axşamı, mayın 14-də hadisə yerindən “İzvestiya”nın müxbiri məlumat verib.

İlya Anikeyevin çəkdiyi kadrlarda yağışa baxmayaraq etirazçıların çoxluğu görünür.

“Etirazçılar kordonu yenicə keçə biliblər. Polis tələsik geri çəkilir. Etirazçılar Gürcüstan parlamentinə doğru gedirlər. Camaat düz onlara tərəf hərəkət edir, fit səsləri eşidilir. Hüquq-mühafizə orqanlarının isə geri çəkilməkdən başqa çarəsi yoxdur”, - deyə jurnalist qeyd edib.

Gürcüstan Daxili İşlər Nazirliyi əlavə edib ki, Tbilisidə xarici agentlər haqqında qanuna qarşı keçirilən aksiyada 13 nəfər saxlanılıb.

QAZİLER.AZ

Diaspora