Ukrayna prezidenti Vladimir Zelenski mayın 17-də İspaniyanın paytaxtı Madridə səfər edəcək və Kral VI Felipe tərəfindən qəbul ediləcək.
Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu məlumatı İspaniya Kral Sarayı təsdiqləyib.
Monarxın yerli vaxtla saat 12:30-da Zelenskini qəbul edəcəyi, bir saat sonra onun şərəfinə nahar verməsi planlaşdırılır.
Bununla belə, Ukrayna prezidentinin İspaniyada başqa görüşlərinin olub-olmayacağı rəsmən məlum deyil.
Ölkə hökuməti də təhlükəsizlik səbəbi ilə Zelenskinin səfəri ilə bağlı heç bir təfərrüat verməyib, lakin Ukrayna prezidentinin İspaniyanın baş naziri Pedro Sançes ilə təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq müqaviləsi imzalaması da gözlənilir.
QAZİLER.AZ