İrəvanda küçə nümayişlərində saxlanılan fəalların sayı açıqlanıb

İrəvanda küçə nümayişlərində saxlanılan fəalların sayı açıqlanıb backend

İrəvanda paytaxt küçələrini bağlayan 63 fəal saxlanılıb.

Qaziler.az TASS-a istinadən xəbər verir ki, bu rəqəmi Ermənistan Xarici İşlər Nazirliyi açıqlayıb.

“63 fəalın hamısı polisin qanuni tələblərinə tabe olmadıqları üçün polis bölmələrinə aparılıb”, - məlumatda deyilir.

Mayın 9-dan Yerevanın mərkəzində hökumət binası yaxınlığında Paşinyanın istefası, Azərbaycanla sərhədin delimitasiyası prosesinə son qoyulması və bir sıra sərhədyanı ərazilərin Azərbaycan tərəfinə verilməsi tələbi ilə mitinqlər keçirilir.

QAZİLER.AZ

Diaspora