Tbilisidə xarici agentlər haqqında qanuna etiraz edən polis 20 nəfəri saxlayıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bununla bağlı polis idarəsi açıqlama yayıb.
"Saxlanılanlar “ictimai asayişi pozublar, asayiş keşikçilərinə müqavimət göstəriblər, onları təhqir ediblər”, - məlumatda deyilir.
İdarənin məlumatına görə, saxlanılanlar arasında bir Rusiya və iki ABŞ vətəndaşı da var. Artıq bununla bağlı İsveçrə səfirliyindəki Rusiya maraqları bölməsi və ABŞ səfirliyi məlumatlandırılıb.
Gürcüstanın paytaxtında etiraz aksiyaları gecə boyu davam edib. Paper Kartuli yazır ki, şənbə günü onların sayı ən azı yüz min nəfər qiymətləndirilirdi.
Mayın 13-də səhər saatlarında polis etirazçıları parlamentdən uzaqlaşdıraraq binanın dörd girişindən ikisinin blokunu açıb. Bu zorakılıqla müşayiət olundu.
Televiziya şirkətləri polisin etirazçıları döyməsinin görüntülərini yayıb. Polis etirazçılara qarşı dəyənək, gözyaşardıcı qaz və su şırnaqlarından da istifadə edib.
QAZİLER.AZ