İrəvanda etirazçılar ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqların keçirildiyi Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) binasının yaxınlığında toplaşıblar.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, etirazçılar Ermənistanla Azərbaycan arasında delimitasiya prosesinə qarşı çıxırlar.
11:03
ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borq İrəvanda səfərdədir.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Hazırda o Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə təkbətək formatda görüşür.