Netanyahu etdikləri ilə Hitleri qısqandıracaq - Ərdoğan

Netanyahu etdikləri ilə Hitleri qısqandıracaq - Ərdoğan backend

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzadakı hərəkətləri ilə Adolf Hitleri qısqandıracaq.

QAZILER.AZ Axar.az istinaden xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  müsahibəsində deyib.

“İsrailin aylardır müxtəlif bəhanələrlə xəstəxanaları bombalamasını, uşaqları öldürməsini, dinc insanlara zülm etməsini, günahsız insanları aclıq, susuzluq və dərmansızlığa məhkum etməsini qanuni saymaq olarmı? Hitler keçmişdə həbs düşərgələrində insanları öldürürdü. Qəzza təkcə oktyabrın 7-dən sonra deyil, illər öncə də açıq hava həbsxanasına çevrilmədi? Oradakı insanlar illərlə az qala əsir düşərgəsi kimi məhdud resurslara məhkum deyildilər? Oktyabrın 7-dən sonra Qəzzada törədilən ən amansız və sistemli kütləvi qətllərə kim cavabdehdir? İnsanlara “o əraziyə gedin” deyən və ora bomba atan İsrailə nə deyirsiniz? Netanyahu soyqırım üsulları ilə Hitlerə qısqanclıq gətirəcək səviyyəyə çatıb”, - Ərdoğan bildirib.

Diaspora