Rusiyanın ixrac etdiyi arağın yarısını bu türk ölkəsi alıb

Rusiyanın ixrac etdiyi arağın yarısını bu türk ölkəsi alıb backend

"RİA Novosti" açıq statistik məlumatlara əsasən hesablayıb ki, ötən il Qazaxıstan Rusiyadan ixrac edilən arağın yarısını alaraq, bu içkinin ən böyük idxalçısı kimi adını qoruyub saxlayıb.

QAZÌLER.AZ  Publika.az-a istinaden xəbər verir ki, ümumilikdə, ötən il Rusiya bu içkini xaricə 59,7 milyon dollara satıb, dəyər ifadəsində bu həcmin demək olar ki, yarısı (27,9 milyon dollar) Qazaxıstanın payına düşüb. Ölkə Rusiya arağının ən böyük idxalçıları siyahısında birinci yeri saxlayıb, lakin 2022-ci illə müqayisədə miqdar 26% azalıb.

Amma idxalın artması İsraili reytinqdə ikinci yerə çıxarıb - bir il əvvəl o, üçüncü yerdə idi. İl ərzində ölkə rus arağının alışını 42% - 12 milyon dollara qədər artırıb.

Üçüncü yerdə 4,5 milyon dollar istehlakla Ermənistan qərarlaşıb. Düzdür, il ərzində bu rəqəm üçdə bir azalıb. Dördüncü və beşinci yerləri Gürcüstan (3,9 milyon dollar) və Azərbaycan (3,5 milyon dollar) tutub.

2022-ci ildə Rusiya araq ixracı nəzərəçarpacaq dərəcədə yüksək olub - sonra əsasən Avropadan olan alıcılar sayəsində 141,7 milyon dollara çatıb. Ən böyük istehlakçılar Latviya, Almaniya və Böyük Britaniya kimi ölkələr olub. Lakin o zaman növbəti sanksiyalar paketi çərçivəsində Rusiya arağının idxalı qadağan edilib.

 

Diaspora