Mayın 10-da axşam Ukrayna Ordusunun Baş Komandanı Aleksandr Sırski prezident Vladimir Zelenskiyə cəbhə xəttindəki vəziyyət barədə məruzə edib. O, bildirib ki, bütün cəbhə xəttində Ukrayna Müdafiə Qüvvələri ilə Rusiya işğalçı qüvvələri arasında şiddətli döyüşlər gedir.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, Sırski öz məruzəsində Xarkov vilayətində, eləcə də Donetsk vilayətinin Pokrovski və digər istiqamətlərində vəziyyətə xüsusi diqqət yetirib.
Bu barədə Zelenski Telegram kanalında məlumat verib.
“Baş komandan Aleksandr Sirskinin hesabatı var. Biz Xarkov vilayətində müdafiə tədbirləri və mövqelərimizi gücləndirməyi ayrıca müzakirə etdik”.
Sırski ukraynalı əsgərlərə daha çox imkan yaradacaq qərarlar barədə Zelenskiyə məruzə edib.
Axşam saatlarında ukraynalılara müraciətində Zelenski qeyd edib ki, Ukrayna ordusu Xarkov istiqamətlərində güclənməkdə davam edir. “Həm dövlət sərhədimiz boyunca, həm də bütün cəbhə xətti boyunca biz həmişə işğalçını elə bir şəkildə məhv edəcəyik ki, Rusiyanın istənilən hücum niyyətinin qarşısını alacağıq”.
QAZİLER,AZ